×
A
A
A
Sazlamalar

Yanvar-avqust aylarında dəmir yolu ilə 4,2 milyon ton yük daşınıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 4 milyon 226,3 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 333,2 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 687,3 min ton yükün dəyəri 677,1 milyon dollar təşkil edib.
Səkkiz ayda bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 538,9 min ton, dəyəri isə 1 milyard 656,1 milyon dollar olub.

Nəqliyyat 2022-09-24 12:31:00