×
A
A
A
Sazlamalar

Təlim prosesində fermerlərə taxılın becərilməsində yeni yanaşmanın vacibliyi izah edilib

Şəki, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzi tərəfindən fermerlərin maarifləndirilməsi istiqamətində təlimlər davam etdirilir. Mərkəzin təşkilatçılığı ilə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərə “Çiləyici aqreqatların nizamlanması, işçi məhlulun hazırlanması və pestisidlərlə işləyərkən təhlükəsizlik haqqında təlimat” mövzusunda təlim keçirilib.
Təlim prosesində fermerlərə qlobal istiləşmə şəraitində taxıl sahələrindən yüksək məhsul əldə etmək üçün taxılın becərilməsində yeni yanaşmanın vacibliyi ətraflı izah olunub, onları maraqlandıran suallar cavablandırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev məlumat verib.
Qurumun rəsmisi bildirib ki, hazırda rayonun taxılçılıqla məşğul olan təsərrüfatlarında səpin üçün ayrılan toxumların təmizlənməsi, kondinsiyaya çatdırılması və geniş spektrli insekto-fungisidlərlə dərmanlanması prosesinə başlanılıb. İndiyədək şəxsi anbarlarda, həmçinin Şəki Toxum Emalı Zavodunda 4345 ton taxıl toxumu təmizlənərək dərmanlanıb. Dərmanlama prosesində Mərkəzin mütəxəssisləri də yaxından iştirak edirlər. Hazırda toxumun dərmanlanması prosesi davam edir.

Kənd təsərrüfatı 2022-09-24 11:56:00