×
A
A
A
Sazlamalar

Şirvanda evlərdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Şirvan, 24 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən üç evdən oğurluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Elmar Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, qanunsuz daxil olduğu evlərdən pul və qızıl zinət əşyaları oğurladığını bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, E.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Regionlar 2022-09-24 12:18:00

Video