×
A
A
A
Sazlamalar

MDB ölkələrinin nümayəndələri əlliliyi olan şəxslərə sosial xidmətlərin inkişafı, o cümlədən belə şəxslərin reabilitasiyası məsələlərini müzakirə ediblər

Bakı, 24 sentyabr, AZƏRTAC

Əlliliyi olan şəxslərə sosial xidmətlərin inkişafı, o cümlədən belə şəxslərin reabilitasiyası məsələlərinə həsr edilmiş beynəlxalq konfrans onlayn rejimdə keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə keçirilmiş tədbirin təşkilatçısı qismində MDB İştirakçısı olan dövlətlərin Əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasında sədrlik edən orqan kimi Qazaxıstan Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi çıxış edib.
Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın, MDB İştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının, Dövlətlərarası Statistika Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının, Ümumi Əmək Konfederasiyasının, P.M.Maşerov adına Vitebsk Dövlət Universitetinin nümayəndələri, habelə Birlik ölkələrinin səhiyyə və təhsil sahəsində səlahiyyətli dövlət orqanları və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransda MDB ölkələrinin sosial xidmət sistemlərində yeni metodlar və yanaşmalar, əlliliyi olan şəxslərin reabilitasiyası və onların hüquqlarına riayət edilməsi məsələləri, əhaliyə sosial xidmətlər təqdim edilməsində innovasiyalı yanaşmalar nəzərdən keçirilib.
Əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası məsələlərində ən yaxşı praktikaların tətbiq edilməsinə aid təcrübə mübadiləsi aparılıb, tibbi sosial ekspertizanın müasir tendensiyaları, inkişafında qüsurlar olan uşaqların təlim-tərbiyəsini milli modelləri müzakirə edilib.
Tədbirin sonunda Əlliliyi olan şəxslərə sosial xidmətlərin inkişafı, o cümlədən belə şəxslərin reabilitasiyası məsələlərinə dair Qətnamə qəbul edilib. MDB İştirakçısı olan dövlətlər əlilliyi olan şəxslərin sosial təminatı sistemini daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiq ediblər.
Görüş iştirakçıları Əlliliyi olan şəxslərə sosial xidmətlərin inkişafı, o cümlədən belə şəxslərin reabilitasiyası məsələlərinə dair növbəti Beynəlxalq Konfransın 2023-cü ildə keçirilməsi təklifini dəstəkləyiblər. Həmin Beynəlxalq Konfransda təhsil və səhiyyə sahəsində əməkdaşlıq orqanlarının, habelə MDB iştirakçısı olan dövlətlərin əlaqədar idarə və təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

 

 

Sosial 2022-09-24 12:15:00