×
A
A
A
Sazlamalar

Hava nəqliyyatı ilə sərnişindaşıma 2,1 dəfə artıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında hava nəqliyyatı ilə 1 milyon 433,7 min və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daşımaların 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

 

Nəqliyyat 2022-09-24 11:51:00