×
A
A
A
Sazlamalar

Türkan qəsəbəsində 250 min manat dəyərində qaz borusu kəsilərək oğurlanıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan bir istixanadan 250 min manat dəyərində 2 min metr qaz borusunun kəsilərək oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfində araşdırma aparılır.

Cəmiyyət 2022-09-24 11:22:00