×
A
A
A
Sazlamalar

Təhsil Tələbə Krediti Fondu Xaçmazda tələbələrlə görüş keçirib

Bakı, 24 sentyabr, AZƏRTAC

Təhsil Tələbə Krediti Fondunun (TTKF) təbliğat-təşviqat məqsədli regional görüşləri davam edir.
Fonddan AZƏRTAC-a bildirilib ki, növbəti görüş Xaçmaz rayonunda keçirilib.
Sədr müavini Tahir Xələfov tədbir iştirakçılarına fondun tələbələr və tələbə olmaq istəyənlər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verib. Daha sonra fondun əməkdaşı Ağca Məmmədova təhsil tələbə kreditlərinin verilməsi qaydalarını tədbir iştirakçılarına çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.

Elm və təhsil 2022-09-24 11:14:00