×
A
A
A
Sazlamalar

Gömrükçülər idxalına icazə verilməyən 3041 ədəd balıq toru aşkarlayıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasına qanunsuz yollarla gətirilmiş, o cümlədən mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) əşyaların aşkarlanması istiqamətində kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri davam etdirilir.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Çindən ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən 47 D 83510/47 D 83610 nömrəli yük avtomobili yoxlanılıb. Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış 3041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-09-24 11:45:00