×
A
A
A
Sazlamalar

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

Bakı, 24 sentyabr, AZƏRTAC

İndoneziyanın Açe bölgəsinin qərb sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC ABŞ Geoloji Xidmətinin məlumatına istinadla xəbər verir ki, zəlzələ Açe əyalətinin sahil şəhəri Meulabohdan 40 kilometr cənub-qərbdə baş verib. İtkilər və dağıntılar barədə məlumat verilməyib. Sunami barədə xəbərdarlıq olmayıb.

 

 

Dünya 2022-09-24 11:40:00