×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda dələduzluq edən şəxs saxlanılıblar

Bakı, 24 sentyabr, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə sentyabrın 23-də gecə saatlarında 2 nəfərin Şamaxı rayon sakini M.İsgəndərovun başına xəsarət yetirərək soyğunçuluq yolu ilə cibindən 200 manatını talamaları barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Hüseynəli Abdullayev və Saatlı rayon sakini Valeh Mürşüdov müəyyən olunaraq saxlanılıblar.
Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanılıb.

 

 

Cəmiyyət 2022-09-24 11:26:00