×
A
A
A
Sazlamalar

Sosial şəbəkə vasitəsilə əldə etdiyi narkotik vasitəni satmaq istəyən Astara sakini saxlanılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Sosial şəbəkə vasitəsilə əldə etdiyi narkotik vasitəni satmaq istəyən Astara sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Firudin Nəsirov saxlanılıb. Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kiloqramdan çox heroin, 162 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
İlkin araşdırma zamanı F.Nəsirovun həmin narkotik vasitə və psixotrop maddəni sosial şəbəkə vasitəsilə əlaqə yaratdığı xaricdə yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyənləşdirilib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha üç nəfər rayon sakini saxlanılıb və şəxsi axtarış zamanı onlarda heroin aşkarlanıb.
Faktlarla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

Cəmiyyət 2022-09-24 10:48:00