×
A
A
A
Sazlamalar

Almaniya kansleri Yaxın Şərq ölkələrinə səfər edəcək

Bakı, 24 sentyabr, AZƏRTAC

AFR kansleri Olaf Şolts enerji resurslarının tədarükünə dair yeni müqavilələr bağlamaq üçün şənbə günü Yaxın Şərq ölkələrinə səfərə çıxacaq.
AZƏRTAC Avropa mediasına istinadla xəbər verir ki, Almaniya kanslerini səfərdə işgüzar dairələrin nümayəndələri müşayiət edəcək.
KİV-in məlumatına əsasən, Olaf Şolts yalnız maye qaz tədarükü haqqında müqavilələr bağlanmasına deyil, eyni zamanda, yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə də ümid bəsləyir. Bu, xüsusilə ekoloji cəhətdən təmiz hidrogen istehsalına aiddir. Kanslerin məqsədlərinə, həmçinin region ölkələri ilə siyasi əməkdaşlığın genişləndirilməsi daxildir.
Olaf Şolts iki gün ərzində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə olacaq, həmin ölkələrin rəhbərləri ilə görüşlər keçirəcək.

 

 

Dünya 2022-09-24 10:44:00