×
A
A
A
Sazlamalar

Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı

Bakı, 24 sentyabr, AZƏRTAC

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Seminarda rəsədxananın Nəzəri astrofizika və kosmologiya şöbəsinin kiçik elmi işçisi Şahnaz Tağıyeva “Sonlu temperaturda AdS/KXD-də mezon və barionlar” mövzusunda məruzə ilə çıxış edib.
Ş.Tağıyeva qeyd edib ki, nəzəri və eksperimental olaraq elementar zərrəciklər arasındakı qarşılıqlı təsir sabitinin və formfaktorların hesablanması hadronlar fizikasının vacib məsələlərindən biridir.
Tədqiqat işinin nəticəsinə əsasən, AdS/KSN uyğunluğu nəinki elementar zərrəciklər fizikasında araşdırmaların aparılmasında, eləcə də gələcəkdə astronomiya sahəsində neytron ulduzların, holoqrafik kosmologiyanın və s. öyrənilməsində effektiv metod hesab olunur.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Elm və təhsil 2022-09-24 10:35:00