×
A
A
A
Sazlamalar

Ucarda gənclər sosial şəbəkələrdən düzgün istifadə qaydaları mövzusunda məlumatlandırılıblar

Ucar, 24 sentyabr, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ucar nümayəndəliyində bir qrup gənc üçün "Rəqəmsal gənclik" layihəsi çərçivəsində “feysbuk və instaqram sosial şəbəkələrindən düzgün istifadə qaydaları” mövzusunda təlim keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndəliyin əməkdaşı Elməddin Abdullayevin keçdiyi təlim zamanı gənclərə proqramların müsbət və mənfi tərəfləri, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları haqqında ətraflı bilgilər verilib.
Təlimin sonunda gənclər komanda işi ediblər. Komanda işində gənclər faydalı sosial media səhifələri və qrupları haqqında təqdimat hazırlayıblar.

Regionlar 2022-09-24 10:26:00