×
A
A
A
Sazlamalar

Xızıda dağlıq-meşəlik ərazidə baş verən yanğın söndürülüb

Bakı, 23 sentyabr, AZƏRTAC

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
FHN-dən AZƏRTAC-a bildirilib ki, yanğının söndürülməsi əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.
Əlavə məlumat veriləcək.

Hadisə 2022-09-23 23:55:00