×
A
A
A
Sazlamalar

Gənclər üçün “Qlobal təhlükələr fonunda informasiya müharibəsi” mövzusunda təlim keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

"Davam" Gənclər Hərəkatı tərəfindən "İnfomüharibə ayı" çərçivəsində "İnformasiya müharibəsi - rəqəmsal dünyanın reallığı" adlı layihənin növbəti təlimi keçirilib.
Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, layihə Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, ekspert Tural İsmayılov tərəfindən “Qlobal təhlükələr fonunda informasiya müharibəsi” mövzusunda reallaşıb.
Təlim zamanı mövzu ilə bağlı gənclərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə icra edilir.

 

 

Cəmiyyət 2022-09-23 22:35:00