×
A
A
A
Sazlamalar

“ABAD”ın 6 yaşı qeyd olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin yaradılmasının 6 illiyi ilə əlaqədar tədbir təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun fəaliyyətinə dair videotəqdimatla çıxış edib.
Sonra xidməti fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr və fəxri fərmanlar təqdim olunub.

 

Sosial 2022-09-23 21:02:00