×
A
A
A
Sazlamalar

Altı erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin 2022-ci il sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil verib. Meyitlərə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən olunmayıb.
Cəsədlərin ərazidə axtarışı davam etdirilir.

Cəmiyyət 2022-09-23 20:01:00