×
A
A
A
Sazlamalar

Milli Məclisdə Azərbaycan ilə Özbəkistan arasında hərbi-texniki, beynəlxalq avtomobil əlaqələri haqqında sazişlər təsdiq olunacaq

Bakı, 23 sentyabr, AZƏRTAC

Milli Məclisdə Azərbaycan ilə Özbəkistan arasında hərbi-texniki, beynəlxalq avtomobil əlaqələri, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişlər təsdiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələlər parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçirilən iclasında müzakirə edilib.
Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişlərin təsdiq edilməsi bağlı qanun layihələrini müzakirə etdikdən sonra plenar iclasa tövsiyə ediblər. 

 

Cəmiyyət 2022-09-23 19:48:00