×
A
A
A
Sazlamalar

®  ABB ilə dünya çempionatına get

“ABB Visa” beynəlxalq ödəniş sistemi ilə birgə maraqlı müsabiqəyə start verib. Müsabiqə bu il Qətərdə keçiriləcək “FIFA Dünya Kuboku – Qətər-2022” - futbol üzrə dünya çempionatında iştirak üçün səyahət paketi və digər hədiyyələr qazandırır. Müsabiqə oktyabrın 1-dən 30-dək davam edəcək və 3 mərhələdən ibarət olacaq. Şərtlərə görə, ilk 2 mərhələdə ABB-nin “Visa” kartları ilə və NFC sistemi vasitəsilə (mobil telefonla ödəmələr, “ApplePay”, “GooglePay” və sair) ən azı 50 manatlıq təmassız ödəniş etmiş hər müştəri müsabiqə iştirakçısı sayılacaq. Qaliblər əməliyyat saylarının nəticələrinə görə müəyyən olunacaq. Birinci və ikinci mərhələnin hər birinin 50 qalibi (ümumilikdə 100 qalib) olacaq. Onlara bu hədiyyələr veriləcək:

1-ci yer – 100 000 mil balansı olan “ABB Miles” kartı
2-10-cu yerlər – 30 000 mil balansı olan “ABB Miles” kartı
11-50-ci yerlər – balansında 200 manat olan “TamKart”
Birinci mərhələnin qalibləri ikinci mərhələdə iştirak etməyəcək. Finalın qalibi isə bütün iştirakçılar arasından seçiləcək. Belə ki, sonda bütün kampaniya ərzində müsabiqə şərtlərinə uyğun ən çox sayda ödəniş etmiş müştəri müəyyənləşəcək. Ona bu il Qətərdə keçiriləcək “FIFA Dünya Kuboku – Qətər-2022” - futbol üzrə dünya çempionatında tam iştirak paketi hədiyyə ediləcək. Bura gediş-dönüş aviabileti, tranzit xidməti, beşulduzlu hoteldə 5 gün qalmaq, qidalanmaq, final oyunlarına stadionun “SkyBox” bölməsində baxmaq daxildir.
Müsabiqənin şərtlərinə görə, hər iştirakçı eyni ticarət və xidmət məkanında maksimum 3 dəfə ödəniş apara bilər. Müsabiqədən yalnız saytda qeydiyyatdan keçmiş iştirakçılar faydalana biləcəklər. Saytda qeydiyyat imkanı oktyabrın 1-dək aktiv olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

 

İqtisadiyyat 2022-09-23 19:14:00