“Qarabağ Azərbaycandır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Xəzər rayonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik və doğma vətənə sevgi hisslərinin aşılanması, istedad və yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdan ibarət olub.
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xəzər Gənclər Evində rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi şəhidlərin əziz xatirəsini yad etdikdən sonra başlayıb.
Nəticələr mütəxəssislər tərəfindən yoxlandıqdan sonra qaliblər müəyyən olunaraq idarə tərəfindən mükafatlandırılacaqlar.
Azərbaycanda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb
Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib
Azərbaycan və Pakistan sahibkar qadınları arasında iqtisadi əlaqələr müzakirə olunub
Albert Aqarunovun vurduğu erməni tankı Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur VİDEO