×
A
A
A
Sazlamalar

Səkkiz ayda ölkəyə gətirilən məhsulların 18,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan məhsulların 18,5 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın 63,5 faizini avtomobil, 10,6 faizini hava, 6,8 faizini dəniz nəqliyyatı, 0,6 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.

Nəqliyyat 2022-09-23 19:09:00