×
A
A
A
Sazlamalar

Binəqədi Gənclər Evində “Gənclər informasiya müharibəsində” mövzusunda jurnalist və teleaparıcı ilə görüş olub

Bakı, 23 sentyabr, AZƏRTAC

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti qonağı “Gənclər informasiya müharibəsində” mövzusunda jurnalist və teleaparıcı Aytən Səfərova ilə olub.
Tədbirdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gənclər iştirak ediblər.
Görüşdə Aytən Səfərova əvvəlcə tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallara ətraflı cavab verdi. Söhbət formatında qurulan görüşdə jurnalist özünün həyat və yaradıcılığından, müharibə və medianın qarşılıqlı münasibətindən məlumat verib.
Sonra A.Səfərova gənclərin suallarını səmimi şəkildə cavablandıraraq onları Vətəni sevməyi, informasiya müharibəsində hər zaman fəal olmağı, daim mütaliə etməyi, dünyagörüşlərinin zənginləşdirilməsi və intellektinin formalaşdırılması istiqamətində üzərilərində işləməyi tövsiyə edib.
Olduqca maraqlı keçən görüşdən sonra Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova tərəfindən fəaliyyətlərimiz, keçirilən layihələr haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, Aytən Səfərova 1998-2015-ci illərdə “ANS” teleradio yayım şirkətində çalışıb.
Hazırda “Xəzər” televiziyasında “Səhər” verilişinin aparıcısıdır və media sahəsində mütəxəssisdir.

 

 

Cəmiyyət 2022-09-23 18:57:00