×
A
A
A
Sazlamalar

Sinqapurda ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş layihəsi ilə bağlı danışıqlar aparılıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Sinqapur şəhərində Azərbaycan və Sinqapur arasında gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqlar aparılıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, tədbirdə Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Maliyyə Nazirliyinin, Sinqapur tərəfindən isə Daxili Gəlir İdarəsinin ekspertləri iştirak ediblər.
Saziş imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacağı və məlumat mübadiləsi üzrə effektiv münasibətlərin formalaşacağı vurğulanıb.
Müzakirələr qarşılıqlı anlaşılma şəraitində keçib, hər iki tərəf açıq qalan müddəaların tez bir zamanda razılaşdırılması istiqamətində səylərin göstərilməsi barədə razılığa gəliblər.

Maliyyə 2022-09-23 18:52:00