×
A
A
A
Sazlamalar

BDU-nun Şərqşünaslıq fakültəsində Pakistanın Muslim İnstitutunun direktoru ilə görüş olub

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Pakistanın Muslim İnstitutunun direktoru, Cunaqat əyalətinin hazırkı Baş naziri, Beynəlxalq Sülh və İnkişaf İnstitutu tərəfindən (INSPAD) 2020-ci ildə “İlin ən nüfuzlu müsəlmanları” onluğuna daxil edilən Sultan Əhməd Əli Sahib ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan qonağa BDU-nun tarixi, universitetdə həyata keçirilən tədris və elm prosesi, Şərqşünaslıq fakültəsinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
İran filologiyası kafedrasının müdiri Mehdi Kazımov Sultan Əhməd Əli Sahibi Şərqşünaslıq fakültəsində urdu dilinin tədrisi və perspektivləri ilə tanış edib. Məruzəçi görüşdə Azərbaycan-Pakistan ədəbi əlaqələrini qarşılıqlı şəkildə müqayisə edib.
Sultan Əhməd Əli Sahib görüşün sonunda fakültə tələbələrinin urdu dilində çıxışlarını dinləyib.

Elm və təhsil 2022-09-23 18:55:00