×
A
A
A
Sazlamalar

Qaxda Azərbaycan Simulyasiya Akademiyası keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı, beynəlxalq münasibətlərə, diplomatiyaya maraqlı olan 25 müxtəlif təhsil müəssisəsindən xarici və yerli tələbələrin iştirakı ilə Qaxda Azərbaycan Simulyasiya Akademiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, layihədə iştirak edən gənclərin bilik və bacarıqlarını artırmaq məqsədi ilə müxtəlif günlərdə simulyasiyalar təşkil olunub.
Layihə ərzində iştirakçılar üçün komanda quruculuğu və şəbəkələşmə oyunları, təlimlər, seminarlar və görüşlər, o cümlədən asudə vaxtın səmərəli dəyərləndirilməsi üçün tarixi səfərlər baş tutub.
Tədbirin ikinci günü Birləşmiş Millətlər Təşkilatının, üçüncü günü Qoşulmama Hərəkatının, dördüncü günü isə Dünya İqtisadi Forumunun simulyasiyaları həyata keçirilib.
Eləcə də müxtəlif ölkələrin, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələrini təmsil edən gənclər bir araya gələrək qlobal məsələləri müzakirə ediblər.

 

 

Cəmiyyət 2022-09-23 18:37:00