×
A
A
A
Sazlamalar

Laçında dalğalanan dövlət bayrağımız – mühüm tarixi hadisədir

Bakı, 23 sentyabr, AZƏRTAC
“Bu bayraq burada əbədi dalğalanacaq!” - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Laçında söylədiyi bu fikir səfərin əsl mahiyyətini ifadə edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova söyləyib.
Deputat bildirib ki, dövlətimizin başçısı qədim, tarixi Azərbaycan torpağında Dövlət Bayrağımızı qaldıraraq həm keçmişdən, həm indiki vəziyyətdən, həm də perspektivlərdən bəhs etdi. Otuz ilə yaxın erməni işğalı altında qalmış ərazilərimiz azad olunub, Azərbaycan suveren hüquqlarını və ədaləti bərpa edib. Erməni terroruna, vandalizminə məruz qalmış kənd və şəhərlərimizdə bərpa-quruculuq işləri həyata keçirilir.
“Artıq Böyük Qayıdışın ilk mərhələsi başlayıb, keçmiş məcburi köçkünlər öz doğma yurdlarında əbədi yaşamaq, qurub-yaratmaq üçün qayıdır. Prezident bir daha qeyd etdi ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub, məsələnin dinc yolla və ədalətli şəkildə həll edilməsinə çalışıb. Lakin ötən dövr ərzində Ermənistan həmişə olduğu kimi, yenə də müxtəlif bəhanələr və şərtlər, təxribatlar törətməklə prosesə mane olub. Təəssüf ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu da bu məsələnin həllində qətiyyət nümayiş etdirmirdi, əksinə, qarşı tərəfin beynəlxalq hüququn bütün norma və prinsiplərini ciddi şəkildə pozmasına, tarixi Azərbaycan ərazilərinin erməniləşdirilməsinə, toponimlərin dəyişdirilməsinə, qanunsuz məskunlaşmaya göz yumurdu”, - deyə H.Hüseynova qeyd edib.
“Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır”. O, xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra nizamlı ordunun qurulmasına nail oldu”, - söyləyən deputat əlavə edib ki, lakin, əlbəttə, ölkənin iqtisadiyyatını inkişaf etdirmədən, iqtisadi imkanları artırmadan güclü ordu qurmaq mümkün deyil. Ümummilli Lider bu sahədə mühüm tədbirlər həyata keçirdi, bütün sahələrdə islahatlar aparıldı. Onun başladığı işi Prezident İlham Əliyev daha da gücləndirdi və 44 günlük Vətən müharibəsi bu prosesin ən mühüm, tarixi uğuru oldu.
Prezident İlham Əliyevin dediyi kimi, dünya hərb tarixində belə bir təcrübə yoxdur ki, qalib ölkə kapitulyasiya edən dövlətə, onun törətdiyi bütün cinayətlərə, apardığı işğalçılıq siyasətinə baxmayaraq sülh təklif edir. Çünki Azərbaycan xalqı sülhsevərdir, Azərbaycan dövləti humanist dövlətdir. Biz istəyirik ki, vətəndaşlarımız tezliklə öz doğma evlərinə qayıtsınlar, yenə də Qarabağ və Şərqi Zəngəzurda sülh və əmin-amanlıq olsun. Azərbaycan bu gün Cənubi Qafqazda, eləcə də regionda yeni reallıqlar yaradır, yeni nəqliyyat və kommunikasiya layihələri ilə Şərqlə Qərbi, Şimalla Cənubu bir-birinə yaxınlaşdıran nəhəng layihələr həyata keçirir, qlobal təşəbbüslər irəli sürür. Biz ərazi bütövlüyümüzü təmin etmişik, lakin sülh və təhlükəsizliyin təmin olunması bütün region dövlətləri üçün, o cümlədən dalan ölkəsinə çevrilmiş Ermənistan üçün daha yeni imkanlar yarada bilər. Müharibədən dərhal sonra Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif edib. Moskva və Brüssel formatında aparılan görüşlərdə bu məsələ davamlı olaraq müzakirə olunur. Lakin yenə də Ermənistan sülh yaratma və münasibətlərin normallaşması prosesinə maneələr yaradır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması üzrə komissiyaların işinə formal olaraq başlansa da, reallıqda Ermənistan prosesi heç bir əməli nəticəyə gətirmir və həqiqətən nəyisə anlamaq istəyən dünya ictimaiyyəti Azərbaycana sual verməzdən əvvəl birbaşa Ermənistana üz tutmalı və sual etməlidir: niyə öz öhdəliklərini yerinə yetirmir? 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan Ermənistan tərəfi bir sıra bəndləri, xüsusilə nə silahlı birləşmələrin Qarabağdan çıxarılmasına dair 4-cü, nə də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasına, o cümlədən Zəngəzur dəhlizinin inşasına dair 9-cu bəndi yerinə yetirmir. Lakin Prezident İlham Əliyevin təkidi ilə Bəyanatda təsbit olunan alternativ yolun çəkilməsi ilə bağlı Azərbaycan tərəfi öz üzərinə götürdüyü öhdəliyə əsasən, qısa müddət ərzində yerinə yetirdi. Artıq 1 il 8 aydan sonra yeni yol hazır oldu. Buna baxmayaraq, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Ermənistan tərəfi nəinki razılaşdırılmış yolu açmayıb, hətta Zəngəzur dəhlizinin marşrutu belə Bakıya təqdim edilməyib. Eyni zamanda, Azərbaycan ən çətin dağlıq şəraitdə işlərini davam etdirir, kommunikasiyalar qurur, böyük sərmayələr qoyur.
Prezident İlham Əliyevin “Delimitasiyadan əvvəl heç kim Azərbaycanı günahlandıra bilməz” tezisi dövlətimizi nədəsə, xüsusən də hansısa absurd “təcavüz”ə və başqa məsələlərə görə “qınayanların” hamısına layiqi cavab oldu. Bu, açıq-aşkar ermənipərəst mövqe tutan və anti-Azərbaycan mövqe nümayiş etdirən bəzi təşkilatlara, qurumlara və ölkələrə aiddir.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan sülh təklif edir, delimitasiya və demarkasiya prosesinə başlamağı təklif edib. Lakin qarşı tərəf bu təklifi müxtəlif bəhanələrlə bir ildən çox uzadaraq vaxt qazanmağa çalışır. Hazırda bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danışıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Dövlətimizin başçısı Laçına səfəri zamanı qeyd edib ki, biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır. Ermənilərin bu məsələni uzatması bir daha göstərir ki, onlar sülh istəmir, revanşist xəyallarla yaşayırlar. Hərbi-siyasi təxribatlar törətməklə, prosesə əngəl olmaq istəyirlər. Lakin bu gün Azərbaycanın hərbi və siyasi gücünü hər kəs görür. Bununla bağlı Prezident bir daha vurğulayıb: “Əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar…” . Bu fikirlər həm Ermənistan hərbi-siyasi rəhbərliyinə, Ermənistan cəmiyyətinə, həm də ona havadarlıq edən erməni diaspor və havadarlarına qətiyyətli bir mesajdır.
Prezident İlham Əliyev bildirib ki, dünya hərb tarixində belə bir təcrübə yoxdur ki, qalib dövlət kapitulyasiya edən dövlətə, onun törətdiyi bütün cinayətlərə, apardığı işğalçılıq siyasətinə baxmayaraq sülh təklif edir. Çünki Azərbaycan sülhsevər xalqdır, humanist dövlətdir. Biz istəyirik ki, vətəndaşlarımız tezliklə öz doğma evlərinə qayıtsınlar, yenə də Qarabağ və Şərqi Zəngəzurda sülh və əmin-amanlıq olsun. Azərbaycan bu gün Cənubi Qafqazda, eləcə də regionda yeni reallıqlar yaradır, yeni nəqliyyat və kommunikasiya layihələri ilə Şərqlə Qərbi, Şimalla-Cənubu bir-birinə yaxınlaşdıran nəhəng layihələr həyata keçirir, qlobal təşəbbüslər irəli sürür. Biz ərazi bütövlüyümüzü təmin etmişik, lakin sülh və təhlükəsizliyin təmin olunması bütün region dövlətləri üçün, o cümlədən dalan ölkəsinə çevrilmiş Ermənistan üçün daha yeni imkanlar yarada bilər. Müharibədən dərhal sonra Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 5 prinsip təklif edib. Moskva və Brüssel formatında aparılan görüşlərdə bu məsələ davamlı olaraq müzakirə olunur. Lakin yenə də Ermənistan sülh yaratma və münasibətlərin normallaşması prosesinə maneələr yaradır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir.
Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın uzatdığı əli görməmiş kimi davranır və bu, onun hələ də apardığı ikiüzlü siyasətindən xəbər verir. Görünür, İrəvan nəyəsə ümid edir. Ancaq Ermənistan dərk etməlidir ki, bu gün dünyada gedən geosiyasi proseslərdə ondan müəyyən maraqlar üçün istifadə olunur. Bu isə Ermənistan dövlətinə və xalqına heç nə verməyəcək. O anlamalıdır ki, bu gün düşdüyü ağır vəziyyətdən onu yalnız imzalayacağı sülh müqaviləsi xilas edə bilər. Prezident İlham Əliyevin dediyi kimi, ermənilər əldə etdikləri dərsləri çox zəif öyrənirlər və erməni revanşizmi hələ də yaşayır və davam edir. Bu da bir həqiqətdir ki, artıq vəziyyət yarım il əvvəlkindən fərqlidir və erməni revanşizmi Azərbaycanın tam nəzarəti altındadır. Hadisələrin gedişi göstərir ki, Ermənistan silahlı təxribatlarını davam etdirərsə, sülh razılaşmasına nail olmaq üçün eyni dərəcədə səmərəli “B” variantından istifadə oluna bilər. Artıq Yerevanın illüziyalarından qurtulmasının vaxtı çatıb. Nə isə, İlham Əliyevin xəbərdarlıq etdiyi kimi, “biz heç kimin çağırışı, heç bir bəyanatı, heç bir təşəbbüsü ilə dayanmayacağıq”.
Hazırda bir reallıq var - Azərbaycan torpaqlarını 30 illik erməni işğalından azad edib. Qarabağ və Şərqi Zəngəzurda tikinti-bərpa işləri aparılır, erməni terroruna məruz qalmış şəhər və kəndlərimiz yenidən qurulur. Bütün dünya kimin dağıdıcı, kimin isə qurucu dövlət olduğunu görür. Ölkə başçısı İlham Əliyevin Laçın şəhərinin bərpası ilə bağlı verdiyi son qərarlar,“Azərenerji” ASC tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etməsi, Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olması, həmçinin “Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında”, “Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” , “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” sərəncamların imzalanması bir daha göstərir ki, biz torpaqlarımızı müdafiə edir, quruculuq işlərini aparırıq. Azərbaycan təkcə öz dövləti, xalqı üçün deyil, həm də region üçün davamlı sülhün və təhlükəsizliyin təmin olunması naminə öz layiqli töhfəsini verir.

Siyasət 2022-09-23 18:44:00