×
A
A
A
Sazlamalar

Gürcüstanda turistləri daşıyan avtobus qəzaya uğrayıb

Tbilisi, 23 sentyabr, AZƏRTAC

Gürcüstanın Acarıstan bölgəsində turistləri daşıyan avtobus qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, nəticədə iki xarici turist hadisə yerində həyatını itirib, 10-a yaxın insan yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Batumi klinikalarına aparılıb.
Qəza Keda bələdiyyəsinin Maxuntseti kəndi yaxınlığında baş verib. Sürətlə hərəkət edən mikroavtobusla iri tutumlu avtobus toqquşub.
Yerli sakinlərin sözlərinə görə, daha bir neçə nəfərə yerindəcə tibbi yardım göstərilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-09-23 18:35:00