×
A
A
A
Sazlamalar

Qarşıdakı əlli ildə İtaliya əhalisinin 11,5 milyon nəfər azalacağı gözlənilir

Roma, 23 sentyabr, AZƏRTAC

Qarşıdakı 50 ildə İtaliya əhalisinin sayının 11,5 milyon nəfər azalacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, 2021-ci il yanvarın 1-nə ölkə əhalisinin sayı 59,2 milyon nəfər olub. 2030-cu ildə əhalinin sayının 57,9 milyon, 2050-ci ildə 54,2 milyon və 2070-ci ildə 47,7 milyon nəfərədək azalacağı gözlənilir. Ailələrin sayının artacağı, lakin uşaqlı ailələrin sayının daha az olacağı proqnozlaşdırılır. Belə ki, 2041-ci ilədək hər 4 ailədən yalnız birinin uşaqlı ailələrdən ibarət olacağı gözlənilir.
ISTAT-a görə, İtaliyanın 5 şəhərindən dördündə və 10 kənd bələdiyyəsindən doqquzunda əhalinin sayı azalacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

 

 

Dünya 2022-09-23 18:18:00