×
A
A
A
Sazlamalar

Naxçıvanda 100-dən çox rabitə mütəxəssisi ixtisasartırma kurslarına cəlb olunub

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yüksək ixtisaslı kadr hazırlığının diqqətdə saxlanılmasına dair verilmiş tapşırıq diqqətdə saxlanılır.
Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, eləcə də tabeli qurumlarında işləyən mütəxəssislərinin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Həmin tədbirlərin davamı olaraq növbəti mərhələdə Naxçıvan şəhər, Babək, Culfa və Kəngərli Rayon Rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan 14 nəfər əməkdaşı Naxçıvan Regional Peşə -Tədris Mərkəzində kurslara cəlb edilib.
“Kabel lehimləyici və rabitə montyoru” üzrə ixtisasartırma kurslarında təhsil alan müdavimlərə müvafiq sahə üzrə ətraflı məlumatlar verilir. Kursun tədris müddəti bir aydır və sonda hər bir iştirakçı sertifikatla təmin olunacaq.
Qeyd edək ki, ötən dövr ərzində, ümumilikdə, 105 rabitə mütəxəssisi ixtisasartırma kurslarına cəlb olunub, kursu müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar verilib. Kurslar müdavimlərin müvafiq peşə istiqaməti üzrə nəzəri biliklərinin möhkəmləndirilməsində, praktiki vərdişlər əldə etməsində əhəmiyyətli rol oynayır.

 

 

Regionlar 2022-09-23 18:15:00