×
A
A
A
Sazlamalar

Çexiyalı ixtiraçı ABŞ şirkətini məhkəməyə verib

Praqa, 23 sentyabr, AZƏRTAC

Çexiyalı ixtiraçı Frantişek Grabal 65 milyon dollar məbləğində iddia ərizəsi ilə ABŞ məhkəməsinə müraciət edərək işi udub.
AZƏRTAC xəbər verir ki, F.Grabal “Goodyear Tyre & Rubber” şirkətinin özü-özünə dolan təkərlərin istehsalında onun ixtirasından istifadə etdiyini və bununla da külli miqdarda gəlir əldə etdiyini öyrəndikdən sonra şirkətə qarşı şikayətlə məhkəməyə müraciət edib. Məsələ ixtiraçının müəllif hüquqları ilə bağlı idi. İndi kompensasiya olaraq şirkət iddiaçıya tələb olunan məbləği ödəməlidir.
Çexiya mediası xəbər verir ki, mühəndis “Goodyear Tire” ilə əməkdaşlıq etmək üçün 2009-cu ildə dünyanın ən böyük təkər istehsalçılarından birinə baş çəkdiyini bildirib. Kommersiya sirrinin açıqlanmamasına dair müqavilə imzalanıb. Məhz bu sənəd ideyaların ilk müəllifinin F.Grabal olduğunu məhkəmədə sübut edib. Həmin müqaviləyə əsasən, Amerika şirkəti əldə etdiyi məlumatdan yalnız Çexiya şirkəti ilə əməkdaşlıq etdiyi halda istifadə edə bilərdi. Lakin bu, baş verməyib. İndi şirkət pulu ödəməli olacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2022-09-23 18:00:00