×
A
A
A
Sazlamalar

BDU tələbələri Yaponiyanın Qunma Universitetində təhsil alacaqlar

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) regionşünaslıq (Yaponiya üzrə) ixtisasının III kurs tələbələri Mədinə Nuruşova, Nuray Rəsulzadə və Ülviyyə Nəzərova bir il ərzində Yaponiyanın Qunma Universitetində təhsil alacaqlar.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, bu, BDU ilə Qunma Universiteti arasında olan əməkdaşlıq müqaviləsinə əsasən həyata keçiriləcək. Tələbələr bir il ərzində Qunma Universitetində yapon dili, Yaponiya tarixi və mədəniyyətini öyrənəcək, bu ölkənin adət-ənənələri və yaşayış tərzi ilə tanış olacaqlar.

Elm və təhsil 2022-09-23 17:51:00