×
A
A
A
Sazlamalar

Azərbaycan İstiqlal Muzeyində “Qələbəyə gedən yol” adlı ədəbi–bədii tədbir keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan İstiqlal Muzeyində Elm və Təhsil Nazirliyinin “3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Qələbəyə gedən yol” adlı ədəbi–bədii tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, gənc nəsildə Vətənə, torpağa məhəbbət hisslərini artırmaq, milli-mənəvi dəyərlərimizi qorumaq, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını üzə çıxarmaq məqsədilə keçirilən tədbirdə mərkəzin teatr və musiqi dərnəklərinin istedadlı və fəal uşaqları vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə davam edən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində mütəmadi olaraq bir çox tədbir - sərgilər təşkil olunur. Sərgilərdə muzeyin fondlarında qorunub saxlanılan, Birinci və İkinci Qarabağ müharibəsi, 20 Yanvar, Xocalı faciəsi, Aprel döyüşləri zamanı Vətən uğrunda qəhrəmancasına canlarını fəda edən şəhidlərimizə məxsus şəxsi əşyalar nümayiş olunur.


Mədəniyyət 2022-09-23 17:49:00