×
A
A
A
Sazlamalar

Suriyada miqrantları daşıyan qayığın batması nəticəsində azı 71 nəfər ölüb

Bakı, 23 sentyabr, AZƏRTAC

Suriyanın Tartus şəhəri yaxınlığında miqrantları daşıyan qayığın batması nəticəsində azı 71 nəfər həyatını itirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, axtarış-xilasetmə işləri nəticəsində 20 nəfər xilas edilib. Onların 12-nin suriyalı, 5-nin livanlı, 3-nün isə fələstinli olduğu bildirilib.
İtkin düşənlərin tapılması istiqamətində işlərin davam etdirildiyi qeyd olunsa da, onların sayı barədə dəqiq məlumat yoxdur.

 

Dünya 2022-09-23 17:41:00