×
A
A
A
Sazlamalar

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Sabirabadda vətəndaşlarla görüşüb

Bakı, 23 sentyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları davam etdirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sentyabrın 23-də Sabirabad şəhərində Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşlarla görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla yad edilib.
Mərkəzdə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində müzakirə edilərək həlli yolları izah olunub, digərləri isə araşdırılaraq həll edilməsi üçün aidiyyəti üzrə yönləndirilib.

 

Regionlar 2022-09-23 17:37:00