×
A
A
A
Sazlamalar

Arxeologiya, etnoqrafiya və etnologiya ixtisasları üzrə iddiaçıların dissertasiya mövzuları təsdiqlənib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdikdən sonra “27 Sentyabr – Zəfər salnaməsinə aparan yol” mövzusunda çıxış edib.
İclasda 2022-2024-cü illər arxeologiya, etnoqrafiya və mədəni antropologiya ixtisaslaşmaları üzrə magistratura təhsilinə qəbulun nəticələri haqqında məlumat verilib.
Sonra arxeologiya, etnoqrafiya və etnologiya ixtisasları üzrə elmlər doktoru və fəlsəfə doktoru hazırlıqları üçün doktorantura və dissertanturaya qəbul edilmiş iddiaçıların dissertasiya mövzuları təsdiqlənib. Həmçinin institut əməkdaşlarının 2022-ci ildə apardıqları arxeoloji tədqiqatların qısa hesabatı dinlənilib və cari məsələlərə baxılıb.

Elm və təhsil 2022-09-23 17:31:00