Ələt Azad İqtisadi Zonasının nümayəndə heyəti İordaniyada bir sıra görüşlər keçirib
Qahirə, 23 sentyabr, AZƏRTAC
Ələt Azad İqtisadi Zonasının (AFEZ) səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafovun rəhbərlik etdiyi nümayəndə heyətinin İordaniya Haşimilər Krallığına səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İordaniya İş Adamları Assosiasiyasının İdarə Heyətinin rəhbər heyəti ilə görüşüb. Görüşdə AFEZ-nın fəaliyyəti, imkanları və qısa müddət ərzində əldə etdiyi nailiyyətləri əks etdirən təqdimat olub. İkitərəfli əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi zamanı İordaniya tərəfinin sualları cavablandırılıb, AFEZ tərəfindən yeni investrorların cəlb olunması üçün yaradılmış əlverişli şərait, istehsal olunacaq məhsulların yeni bazarlara çıxışı imkanları barədə müzakirələr aparılıb.
Sonra nümayəndə heyəti İordaniya Haşimilər Krallığının Sənaye Ticarət və Təchizat, Rəqəmsal İqtisadiyyat və Sahibkarlıq, İnvestisiya, Energetika və Mineral Ehtiyatlar, Kənd Təsərrüfatı nazirliklərində, İordaniya Müəssisə və İnkişaf Korporasiyasında, “TAG Global” şirkətində görüşlər keçirib, həmçinin Əmman şəhərində yerləşən Kraliça Alia Beynəlxalq Hava Limanı Azad Zonasında yaradılmış infrastruktur ilə tanış olub.
Nümayəndə heyətinin görüşləri İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyi, “əl-Ğad” və “əl-Ənbat” rəsmi qəzetləri tərəfindən geniş işıqlandırılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb
“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib
AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib