Qax gəncləri üçün biznes yönümlü təlimlər keçirilib
Qax, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qax nümayəndəliyi “Biznes quruculuğu-2” layihəsi çərçivəsində rayon gəncləri üçün “Biznesinə başla” mövzusunda ikigünlük təlim proqramı təşkil edib.
GİKM-in Qax nümayəndəliyinin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, proqramın birinci günündə gənclərə “İdeyanın formalaşması”, “Ən yaxşı biznes ideyanın təyini” mövzularında məlumat verilib. Təlimin daha interaktiv keçməsi məqsədilə gənclər üçün müxtəlif qrup işləri və enercayzerlər də təşkil edilib.
Təlimin ikinci günü gənclər “Bazarın öyrənilməsi”, “Marketinq nədir?” mövzularında məlumat əldə edib, bazar araşdırması apararaq müxtəlif qrup işləri yerinə yetiriblər.
Təlim Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla” proqramı çərçivəsində təlimçilər üçün təlim (TOT) proqramının iştirakçısı, GİKM-in Balakən nümayəndəliyinin direktoru Şahin Qarakişiyev tərəfindən keçirilib.
Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO
“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub
Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq
Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək
Zəngilanda yeni təməli qoyulan uşaq bağçası 160 yerlik olacaq