Milli Dram Teatrında “Medeya” tamaşası nümayiş olunacaq
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 28-i və oktyabrın 13-də Akademik Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində Evripidin “Medeya” əsəri əsasında hazırlanan eyniadlı monotamaşa nümayiş ediləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva, işıq üzrə rəssamı Rafael Həsənovdur.
“Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.
Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, eləcə də şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, həmçinin qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən üsyankara çevrilir.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir