×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda elmi konfrans keçiriləcək

Bakı, 23 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi, Sumqayıt Dövlət Universiteti və İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə oktyabrın 20‒21-də “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan məlumat verilib.
Konfransda Azərbaycanda iqtisadi artım və makroiqtisadi sabitliyin təmin olunması, işğaldan azad edilmiş ərazilər nəzərə alınmaqla, Azərbaycanda sosial-iqtisadi inkişafın aktual problemləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan nəqliyyat-logistika infrastrukturunun sosial-iqtisadi inkişafa təsiri, kreativ iqtisadiyyatın inkişaf perspektivləri, iqtisadi inkişafın müasir mərhələsində biznes və təhsil, sosial siyasət müasir Azərbaycan cəmiyyətinin davamlı inkişafını təmin edən alət kimi, iqtisadiyyatın, menecmentin və maliyyənin aktual məsələləri, müasir dövrdə inklüziv iqtisadiyyatın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Azərbaycan, rus və ingilis dillərində təşkil olunacaq konfrans əyani və ya onlayn formatda keçiriləcək.

Elm və təhsil 2022-09-23 17:02:00