×
A
A
A
Sazlamalar

Mumiyalar, siam əkizləri, müxtəlif formalı insan beyinləri, uşaq skletləri və daha nələr… FOTO VİDEO

Bakı, 23 sentyabr, İ.Adıyev, AZƏRTAC

Mumiyalar, siam əkizləri, müxtəlif formalı insan beyinləri, uşaq skletləri və daha nələr… Bunların hamısı Azərbaycan Tibb Universitetinin Anatomiya Muzeyində nümayiş olunur. Muzeydə 5 minə yaxın insan orqanı saxlanılır.
AZƏRTAC xəbər verir ki, Anatomiya Muzeyində döl formasında doğulan, təkgözlülük sindromundan əziyyət çəkdiyi üçün dünyasını dəyişən uşaq və siam əkizi olan bacılar ən çox diqqət çəkən predmetlərdir.
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri Anar Abdullayevin sözlərinə görə, burada keçən əsrə aid mumiyalar da qorunur. Bu mumiyalar ölkə ərazisində tapılıb. Təxmin edilir ki, onlar havasız yerdə öldükləri üçün təbii yolla munifikasiya olunublar.
Skletlərin çoxu maket kimi görünsə də, əslində, tamamilə reallığı əks etdirir. Eksponatlar tədris prosesində də istifadə olunduğundan kəllə sümüklərinin əksəriyyətinin tarixi qeydiyyata alınıb.
Burada diqqət çəkən predmetlərdən biri də keçən əsrdə Bakı Universitetinin tibb fakültəsinin normal anatomiya kafedrasına rəhbərlik etmiş professor K.N.Malinovskinin külünün olmasıdır.
Anar Abdullayev bildirib ki, unikallığı ilə seçilən bu predmetlər əsasən tədris prosesində istifadə edilir, ancaq sıravi vətəndaşlar da muzeyə gəlib həmin eksponatlarla tanış ola bilərlər.
Qeyd edək ki, muzeyə giriş ödənişsizdir.

 

Səhiyyə 2022-09-23 16:46:00

Video