×
A
A
A
Sazlamalar

Xızıda dağlıq-meşəlik ərazidə yanğın başlayıb

Xızı, 23 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Sentyabrın 23-də Xızı rayonu Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə işlərini çətinləşdirsə də, yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Regionlar 2022-09-23 16:40:00