×
A
A
A
Sazlamalar

UNEC-də təcrübə keçən isveçrəli tələbələr Dövlət Neft Fondunun fəaliyyəti ilə tanış olublar

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təcrübə keçən isveçrəli tələbələr Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, fondun inzibati binası və muzeyi ilə tanış olan tələbələrə ARDNF-nin investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması və ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət missiyası altında Fondun maliyyələşdirdiyi milli layihələr barədə ətraflı məlumat verilib.

Elm və təhsil 2022-09-23 16:41:00