Şamaxıda bir qrup müharibə veteranı ilə görüş keçirilib
Şamaxı, 23 sentyabr, AZƏRTAC
Şamaxıda rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bir qrup müharibə veteranı ilə görüş keçirilib. Görüşdə icra başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və müharibə veteranları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxı Mədəniyyət Mərkəzində keçirilən görüşdə əvvəlcə vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən danışıb. Bildirib ki, Vətən müharibəsində olduğu kimi, ötən iki il ərzində silahlı qüvvələrimiz düşmənin bütün təxribatlarına layiqli cavab verib, hər dəfə onları geri çəkilməyə məcbur edib. Bütün dünya ordumuzun gücünün, qüdrətinin, xalqın birliyinin, dövlət başçısı ətrafında bir yumruq kimi birləşdiyinin şahidi olub. Məhz xalqın birliyi, ordunun gücü sayəsində düşmən ağır itkilər verib. Erməni ordusunun sentyabr 12-13-də törətdiyi genişmiqyaslı təxribatı zamanı xalqımızın birliyi, ordunun gücü bir daha düşməni geri çəkilməyə məcbur edib, düşmən yenə də xeyli canlı qüvvə və hərbi texnika itirib.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Tamam Cəfərova bildirib ki, ordumuz yüz minlərlə məcburi köçkünün torpaq həsrətinə son qoydu, torpaqlarımız düşmən işğalından azad edildi. Bu qələbə Prezident İlham Əliyevin həmişə qeyd etdiyi kimi, şəhidlərimizin canı, qazilərimizin, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Deputat qeyd edib ki, hər bir azərbaycanlı bu qələbə sevincini xalqımıza yaşadanlara minnətdardır. Bildirib ki, dövlətimiz Vətən uğrunda canından keçə şəhidlərimizin ailələrinə, müharibə əlillərinə, torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır.
Sonra müharibə veteranları çıxış edərək, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüşdə icra başçısı Tahir Məmmədov və Milli Məclisin deputatı Tamam Cəfərova müharibə veteranlarını narahat edən məsələlərlə, onların qayğıları ilə maraqlanıb, bu istiqamətdə birgə müzakirə aparılıb. Bəzi məsələlərin həlli istiqamətində yerindəcə konkret tapşırıqlar verilib.
İmişlidə sənədli teatr-verbatim janrında tamaşa nümayiş etdirilib
Şimal bölgəsindən olan 4673 şagird respublika fənn olimpiadalarında iştirak edəcək
Cəbrayılda minatəmizləyən texnikalar istehsal olunacaq - EKSKLÜZİV
Biləsuvarlı fermerlər çuğundur satışı üçün xarici bazara çıxış əldə etmək istəyirlər REPORTAJ VİDEO