×
A
A
A
Sazlamalar

VI Beynəlxalq Geoinformatika günləri keçiriləcək

Bakı, 23 sentyabr, AZƏRTAC

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Türkiyənin Mersin Universitetinin təşkilatçılığı ilə “Coğrafi informasiya vasitələri və məsafədən zondlama” mövzusunda VI Beynəlxalq Geoinformatika günləri (IGD) keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, qitələrarası geoinformatika günlərinin (IGD) keçirilməsinin əsas məqsədi elmi dairələr, sənaye və dövlət müəssisələrindən olan tədqiqatçı və mütəxəssislərin bir araya gəlməsi, geoniformatika sahəsində vacib məsələlərin həllinə yönəlmiş problemlərin müasir vəziyyətinin öyrənilməsi və müzakirəsidir.
Tədbir 2023-cü il iyunun 20-21-də Coğrafiya İnstitutunda təşkil ediləcək. Konfransın təşkilatçı katibi institutun şöbə müdiri coğrafiya elmləri doktoru Səid Səfərovdur.
Texniki onlayn-sessiya və seminarlardan ibarət ikigünlük konfrans torpaq resurslarının idarə edilməsi, məsafədən zondlama, kartoqrafiya, coğrafi informasiya sistemləri, geodeziya və s. sahələrdə onlarca təqdimatı özündə birləşdirir.

Elm və təhsil 2022-09-23 16:14:00