×
A
A
A
Sazlamalar

Biçənək sahəsində başlayan yanğın Altıağac Milli Parkına keçib

Bakı, 23 sentyabr, AZƏRTAC

Xızı rayonunun Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova AZƏRTAC-a bildirib ki, hazırda nazirliyin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Ekologiya 2022-09-23 16:00:00