×
A
A
A
Sazlamalar

Qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlər 22,5 faiz artıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi bu ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu, iqtisadi artımın davamlı olması və işgüzar fəallıq üçün mühüm göstəricidir. Bu göstərici 2021-ci ilin yanvar-avqust aylarında 2020-сi ilin eyni dövrünə nisbətən 11,3 faiz aşağı idi.

İqtisadiyyat 2022-09-23 15:56:00