×
A
A
A
Sazlamalar

Musiqili Teatrda “Molla Nəsrəddinin beş arvadı” tamaşası yenidən oynanılacaq

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” adlı ikihissəli komediya teatrsevərlərin ixtiyarına veriləcək.
AZƏRTAC xəbər verir ki, tamaşada türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddin və onun beş arvadından bəhs olunur.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, rejissor-assistentləri Tamilla Aslanova və Zaur Əliyevdir.
Tamaşada Əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Mehriban Zaliyeva, Elnarə Nağdəliyev, Fərid Rzayev, Ruslan Mürsəlov və başqaları iştirak edirlər.

Mədəniyyət 2022-09-23 15:54:00