×
A
A
A
Sazlamalar

“Kanal 13” adlı yutub kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq olunub

Bakı, 23 sentyabr, AZƏRTAC

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq “Kanal 13” adlı yutub kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.

Cəmiyyət 2022-09-23 15:32:00