×
A
A
A
Sazlamalar

AQTA tərəfindən muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinə feromon tələlər göndərilib

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir göstərən xəstəlik və zərərvericilərə, alaq otlarına qarşı mübarizə aparmaq kənd təsərrüfatı mütəxəssislərinin qarşısında duran mühüm vəzifələrdəndir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirib ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublikada bitkiçilik sahəsində zərərvericilərin monitorinqinin aparılması üçün feromon tələlər göndərilib. Tələlər nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin mütəxəssisləri tərəfindən Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən pomidor istixanasında zərərvericilərin mövcudluğu və populyasiya sıxlığını araşdırmaq üçün quraşdırılıb.
Quraşdırılan tələlər şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılacaq və zərərvericilərə qarşı təlimata uyğun mübarizə tədbirləri aparılacaq.

Kənd təsərrüfatı 2022-09-23 15:24:00